Milyonluq maşınlar Praqada tüğyan edəcək
Bu gün Çexiyanın paytaxtında keçiriləcək qeyri-adi tədbir, heç şübhəsiz, həm şəhər sakinlərinin, həm də turistlərin diqqətini cəlb edəcək.
ANS PRESS-in məlumatına görə, Praqanın mərkəzində 100 ədəd "Porsche 911" avtomobili dəstə ilə keçəcək.
Bu aksiya aprelin 9-da Praqadakı “Arkády Pankrác” ticarət kompleksinin ərazisində açılan “Porsche qoynunda” sərgisi çərçivəsində təşkil ediləcək və aprelin 29-dək davam edəcək.
Yüz idman avtomobilinin Praqa boyunca səyahəti aprelin 18-də saat 15:00-da “Arkády Pankrác” ticarət mərkəzinin girəcəyində başlanacaq.
Avtomobil dəstəsi Na Pankratsi, Na Strji küçələrindən, daha sonra Podolskaya, Raşinovaya, Resslov, Leqerov, Vilsonov küçələrindən keçərək Vatslav meydanına gələcək, oradan Mezibransk, Sokolovsk və 5 May (5 Kvetna) küçələrindən keçərək ticarət mərkəzinin yanına qayıdacaq. Düz bir saat davam edəcək bu unikal şou saat 16.00-da başa çatacaq.
MənbəANS PRESS