Dünya
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Miloş Zeman ümumavropa ordusu yaradılmasının tərəfdarıdır
Praqa, 1 aprel
AZƏRTACÇex Respublikasının Prezidenti Miloş Zeman yenidən ümumavropa ordusu yaradılması ideyasını dəstəklədiyini bildirib. Prezidentin fikrincə, Avropa İttifaqının silahlı qüvvələri müasir təhdidlərə qarşı daha yaxşı davam gətirər, hazırda qüvvədə olan sistemdən daha səmərəli və ucuz olardı. Miloş Zemanın fikrincə, ümumavropa ordusu Avropada yaranan bütün problemlərin yalnız ABŞ tərəfindən həll edilməsi vəziyyətinə son qoyardı.
Avropa ordusu yaradılmasının zəruriliyi haqda diskussiyalar bir neçə ildir ki, davam edir. Avropa komissiyasının sədri Jan-Klod Yunker də bu ideyanı dəstəkləyib. Lakin onun fikrincə, Avropa ordusu NATO-nun rəqibinə çevrilməməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa