Ölkə

Milli Televiziya və Radio Şurasının iclasında bir sıra qərarlar qəbul edilib

Metbuat.az

Bakı 10 aprel,

AZƏRTAC

Aprelin 10-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.


Şuradan

AZƏRTAC

-a bildirilib ki, iclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.


Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. Eyni zamanda, “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb, MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.


İclasda, həmçinin “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq olunub.