Ölkə
Milli Şuranın mintiqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. O, dəvətin aprelin 5-də saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, Milli Şuranın növbəti mitinqi Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stationunda (keçmiş "Məhsul" stadionu) keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.