Ölkə

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərə qatılacaqlar

Metbuat.az

[ 21 Aprel 2015 16:34 ]


Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin üzvləri Türkiyədə və Danimarkada keçiriləcək beynəlxalq tədbirlərə qatılacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, deputatlar Məlahət  İbrahimqızı  və Musa Qasımlı IV Dünya  Türk Forumunda  iştirak  etmək üçün aprelin 23-dən 26-dək  Türkiyədə  səfərdə olacaqlar. İstanbul şəhərində keçiriləcək tədbir Türk Asiya Strateji  Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb.

Deputat deputat Azay Quliyev isə ATƏT Parlament  Assambleyasının  Büro  iclasında  iştirak  etmək  üçün  aprelin  25-dən 28-dək  Danimarkada səfərdə olacaq. Kopenhagen şəhərində  qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək. Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar  məsələlərə baxılacaq, eyni zamanda bəzi  qətnamə  layihələrinin  və digər  sənədlərin müzakirəsi  aparılacaq.  Səfər çərçivəsində təşkilatın “Helsinki+40” mövzusunda  seminarının keçirilməsi  nəzərdə  tutulub.