Ölkə

Milli Məclisin komitə sədrinin müavini Avropa Şurasında   Azərbaycanın tarixi uğuruna imza atdı

Metbuat.az

Strasburq, 22 aprel,

AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva aprelin 22-də qurumda keçirilən səsvermə nəticəsində uşaq məsələləri üzrə baş məruzəçi seçilib. Təcrübəli rəqibləri arasından bu vəzifəyə seçilən S.Fətəliyeva bundan sonra uşaq məsələləri üzrə qurumun bütün fəaliyyətinin və proqramlarının təşkilində və müəyyənləşdirilməsində həlledici rol oynayacaq. Onun bu mühüm vəzifədə əsas rolu uşaq problemlərininin həlli istiqamətində ictimaiyyətin, hökumətin və qeyri-hökumət qurumlarının diqqətinin daha da artırılması üzrə müəyyənləşəcək.


Gənc deputat Sevinc Fətəliyeva seçki yolu ilə AŞPA-da olduqca önəmli və vacib bir vəzifəyə - uşaq məsələləri üzrə baş məruzəçi kürsüsünə yüksəlib. Bundan sonra AŞPA-da uşaq məsələləri üzrə bütün proqramlara birbaşa nəzarəti S.Fətəliyeva həyata keçirəcək. Habelə Avropa Şurası ilə BMT arasında bütün əlaqədar məsələlərin həlli azərbaycanlı deputata həvalə olunub. Bu isə Azərbaycanın Avropa Şurasında növbəti tarixi uğurudur.


 


Əsgər Əliyev
AZƏRTAC—ın xüsusi müxbiri
Strasburq