Ölkə

Milli Məclisin deputatları IV Dünya Türk Forumunda iştirak edəcəklər

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaqlar.


Parlamentin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Türk Asiya Strateji Araşdırmalar Mərkəzi tərəfindən İstanbulda təşkil ediləcək, TÜRKSOY xalqları nümayəndələrinin qatılacağı Forumda türk dünyası birliyinin möhkəmləndirilməsi ilə bağlı məsələlər, bu istiqamətdə qazanılan nailiyyətlər, eləcə də mövcud problemlər müzakirə olunacaq.