Ölkə
Milli Məclisin deputatı AŞ PA-da baş məruzəçi seçildi
Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial Məsələr, Sağlamlıq və Davamlı İnkişaf komitəsində uşaqlar üzrə baş məruzəçi seçilib.
Trend-in məlumatına görə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü olan S.Fətəliyeva bundan sonra uşaq məsələlərində qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rol oynayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az