Ölkə
AZƏRTAC
Milli Məclis sədrinin müavini israilli jurnalistlərlə görüşüb
Bakı, 14 aprel,
AZƏRTACAprelin 14-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, Valeh Ələsgərov israilli jurnalistlərə “Bakı-2015” birinci Avropa Oyunları, Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında baş verən proseslər, ölkəmizdə enerji sahəsində əldə olunan nailiyyətlər, respublikamızın həyata keçirdiyi irihəcmli layihələr, Azərbaycan ilə İsrail arasında əlaqələrin cari vəziyyəti və perspektivləri barədə məlumat verib.
Sonra Valeh Ələsgərov jurnalistlərin suallarını cavablandırıb.