MHŞT üzrə Çoxtərəfli Qrup “Regionlarda dəyirmi masalar” adlı silsilə tədbirlərin keçirilməsinə başlayıb
Bakı, 10 aprel,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) bu ilki iş planına uyğun olaraq “Regionlarda dəyirmi masalar” adlı silsilə tədbirlərin keçirilməsinə başlayıb. Dünya Bankının dəstəyi ilə keçirilən bu tədbirlər çərçivəsində müxtəlif regionlarda vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının nümayəndələrinin və sadə vətəndaşların MHŞT ilə bağlı geniş şəkildə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata görə, aprelin 10-da Şirvanda keçirilən ilk tədbir zamanı Çoxtərəfli Qrupun üzvləri tədbir iştirakçılarına MHŞT haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Təşəbbüs neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan təşəbbüsün qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir.