Ölkə

Məzənnədə dəyişiklik oldu

Metbuat.az

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.



ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1,0517-dən 1,0515-ə qədər ucuzlaşıb.



Avronun məzənnəsində də azalma qeydə alınıb.



Belə ki, 1 avro 1,1399-dən 1.133-ə qədər ucuzlaşıb.



Rusiya rublunun kursunda isə bahalaşma davam edib. İndi 1 rublun dəyəri cüzi artaraq 0,0191-dan 0.0196 manata çatıb.



Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

Mənbə
ANS PRESS