Digər

Metyu Brayza: "Azərbaycanın ABŞ-ın maliyyə yardımına ehtiyacı yoxdur"

Metbuat.az
Azərbaycan iqtisadiyyatı son illərdə xeyli inkişaf edib və daha bu ölkənin ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı yoxdur

Bunu

Trend

-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru

Metyu Brayza

bildirib.



“Sovet İttifaqının süqutundan sonra ABŞ-ın göstərdiyi maliyyə yardımı daimi olmamalıdır. Bu vəsaitlər ölkələrin sovet sistemindən beynəlxalq sistemə keçməsinə yardım olunması üçündür. Azərbaycan bunu edib, artıq köməyə ehtiyacı yoxdur”.



O bildirib ki, dünyada ABŞ və amerikalıları təhdid edən böyük humanitar problemlər var: “Mən deməzdim ki, ABŞ üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti prioritetini itirib, sadəcə problemlər çoxdur, maliyyə vəsaiti isə məhduddur”.



Milli.Az