Ölkə

“Metropark” ticarət mərkəzində dəm qazından zəhərlənən şəxslər günün sonuna evə buraxılacaqlar

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

Bakıda “Metropark” ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 20-dən çox insan zəhərlənib.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binaların birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb.


Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasının həkimləri tərəfindən zəhərlənən insanlara yerindəcə ilkin tibbi yardım göstərilib. 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və günün sonu evlərinə buraxılacaqlar.