İdman
"Messi Ronaldodan daha güclü futbolçudur"
"Barselona"nın forvardı Luis Suares "Copa"ya müsahibə verib.
Metbuat.az-ın xəbərinə görə, uruqvaylı futbolçu "Messi, yoxsa Ronaldo?" sualına belə cavab verib:
"Messi Ronaldodan daha güclü futbolçudur. O, böyük oyunçu olmaqla yanaşı, həm də təvazökardı. Messi və Neymarla birlikdə oynamaq imkanım olduğu üçün çox xoşbəxtəm".