Messi ilə bağlı məlumat təsdiqləndi - FOTO - VİDEO
İspaniyanın “Barselona” futbol klubunun argentinalı futbolçusu Lionel Messinin zədə alması öz təsdiqini tapıb.
Milli.Az
aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “korrespondent” saytı yayıb.
Məlumatda deyilir ki, Messi sağ ayağından zədə alıb və bunu sübut edən fotoşəkillər də “Agencia Telam” nəşrində yayımlanıb.
Messinin bu zədəni Çempionlar Liqasının “Mançester Siti” ilə cavab oyununda aldığı bəlli olub. Hətta onun “Real Madrid”lə oyuna iynə vurulduqdan sonra çıxdığı bildirilir.
Elə bu səbəbdən də Messi Argentina millisinin son iki yoldaşlıq görüşündə meydançaya çıxmayıb. Ancaq Argentina millisinin azarkeşləri Messinin zədə alması xəbərinə inanmadıqlarını vurğulayıblar.
Argentina millisinin baş maşqçisi
Xerardo Martinomedia vasitəsilə azarkeşlərə cavab verib: “Onun meydana çıxmamasında heç bir sirr yoxdur. O, zədə ucbatından ayaqqabı da geyinə bilmir”.
Millinin oyunçusu
Aquerada bu olay haqda "Marca" qəzetinə belə deyib: “Messi oynamaq istəyirdi, ancaq meydana çıxmadı, çünki onun zədə yeri şişmişdi. Buts onun ayağına girmədi”.
Qeyd edək ki, zədə ucbatından Messi La Liqanın 29-cu turu çərçivəsində bazar günü “Selta Vigo” ilə baş tutacaq oyunu da buraxa bilər.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.