Digər
Məşhur türk serialı dayandırılır
Türkiyənin Kanal D telekanalında nümayiş olunan və populyarlaşan "Arka Sokaklar"la bağlı yeni anlaşma imzalanıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, baş rollarda Zafer Ergin, Şevket Çoruh, Özgür Ozan, Müge Boz, Can Nergiz və Beril Kayarın oynadıqları, "Erler Film" studiyasının çəkdiyi "Arka Sokaklar" gələn mövsümdə başa çatacaq.
Beləcə, serial 10-cu mövsümündə bitəcək.
Milli.Az