Digər

Məşhur nəslin mənsubu qəzaya düşdü: 4 yaralı

Metbuat.az

İmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun  İmişlinin Rəsullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.



İmişli rayonu istiqamətində hərəkətdə olan

Ziyəddin Şadlinski

nin idarə  etdiyi “QAZ 24” markalı avtomobillə əks istiqamətdən gələn

Elsəvər Ağakişiyev

in sükan arxasında olduğu “VAZ 21 05” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2105”-in sürücüsü və sərnişin

Pünhan Həsrətoğlu

yüngül yaralanıblar. “QAZ 24” markalı avtomobildə olan sərnişinlər

Yuri Medvedev

Nadir Hüseynov

müxtəlif dərəcəli sınıq xəsarətləri alıblar. Yaralılar dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası İmişli Rayon Regional Məntəqəsinə çatdırılıblar.  Faktla bağlı araşdırma aparılır.



Milli.Az