Digər
ANS PRESS
Məşhur aparıcı aşan ağacın altında qaldı
Türkiyəli məşhur aparıcılardan biri gözlənilməz hadisə ilə üzləşib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin bir sıra bölgələri ilə yanaşı, İstanbulda da güclü külək müşahidə olunmaqdadır. Küləyin yaratdığı fırtına isə vətəndaşların küçədə hərəkətinə mane olub.
“HaberTürk”ün məşhur aparıcısı Balçiçək İltər Pamir də ötən gün avtomobili hərəkətdə olarkən yolun kənarında olan ağaclardan biri fırtınanın təsirilə qoparaq onun idarə etdiyi avtomobilin üzərinə aşıb.
Hadisə axşam saatlarında, Sarıyerdə meydana gəlib. Qəzadan sonra xanım journalist bir müddət şokdan çıxa bilməyib. Bədənində hər hansı bir xəsarət olmasa da, bir müddət həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb.
Qəza nəticəsində xanıma sadəcə maddi zərərin dəydiyi bildirilir.
MənbəANS PRESS