Dünya
AZƏRTAC
Məşhur aktrisa Lauren Bakallın sənət kolleksiyası 3,4 milyon dollara satılıb
Bakı, 9 aprel,
AZƏRTACABŞ-ın mərhum teatr aktrisası Lauren Bakallın 740 hissədən ibarət kolleksiyası Nyu-Yorkun “Bonhams” hərracında 3,4 milyon dollara satılıb.
AZƏRTAC
xarici KIV-lərə istinadən bildirir ki, 34 ölkədən 1500-dən çox iddiaçının iştirak etdiyi hərracda ingiltərəli məşhur heykəltəraş Henri Murun altı bürünc maketi də yer alıb. BakalI heykəltəraşın əsərlərini 1950-ci illərdən toplamağa başlayıb.
Kolleksiyada, həmçinin Devid Hokni, Cim Dayn, Riçard Avedon və Ceyms Ubodon kimi müasir sənətkarların da əsərləri olub.