Digər

Məşhur aktrisa evdə ana oldu

Metbuat.az
O, özünü xəstəxanaya çatdıra bilmədiyi üçün həkimini evə çağırıb

Türkiyənin məşhur aktrisası, Azərbaycan tamaşaçılarını isə daha çox "Kurtlar vadisi" serialından Polad Alemdarın sevgilisi kimi tanıdığı

Özgü Namal

uşağını evində dünyaya gətirib.



Anspress

-in məlumatına görə, 35 yaşlı aktrisa doğum sancıları başlayan zaman xəstəxanaya çata bilməyəcəyini başa düşüb və həkiminə zəng edib. Evinə gələn həkim və onun köməkçisinin sayəsində Özgü Namalın oğlu olub. 3 kilo yarım və 52 santimetrlik körpəyə

Nəfəs

adını qoyublar.



Xatırladaq ki, aktrisa uzun zamandır reklamçı

Əhməd Sərdar Oral

ilə birlikdədir. Sənətçi yaxın dostlarına "oğlumuz sevgimizin simvoludur və bu dünyaya yeni bir nəfəs olacaq" deyərək övladlarının adını Nəfəs qoyacaqlarını da demişdi. Namal bir çox məşhurdan fərqli olaraq uşağı olsa da hələlik ərə getməyi düşünmür.



Milli.Az