Dünya
AZƏRTAC
“Mercedes” ilin ən yaxşı avtomobili seçilib
Bakı, 9 aprel,
AZƏRTACAvtomobilsevərlərin böyük həvəslə gözlədikləri "The World Car Awards" mükafatlarının sahibləri məlum olub.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən prestijli mükafatlarından olan “The World Car Awards” 5 kateqoriyada təqdim edilib. Münsiflər heyətində dünyanın müxtəlif ölkələrindən 75 tanınmış jurnalist təmsil olunub. “Mercedes” modelləri bu mükafatların 3-ünü əldə edib.
Belə ki, bu il bir ilki reallaşdıran “Mercedes-Benz” “C Series” ilə “İlin avtomobili", “S Coupe” ilə "Ən yaxşı lüks avtomobil”, “AMG GT” ilə “İlin idman avtomobili” adına layiq görülüb.
“İlin dizaynı” mükafatını “Citroen C4 Cactus”, “İlin ən yaxşı ətraf mühit dostu” mükafatını isə “BMW i8” əldə edib.