Ölkə

Mərakeş Milli Kitabxanası ilə Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq imkanları müzakirə olunacaq

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Mərakeş Krallığı Milli Kitabxanasının direktoru, professor Driss Khrouz ilə görüş keçiriləcək.


MEK-dən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Tədbirdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami də iştirak edəcək.