İdman
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Məqsədimiz Tbilisidən Azərbaycana medalla qayıtmaqdır
Tbilisi, 10 aprel,
AZƏRTACXəbər verdiyimiz kimi, aprelin 11-də Tbilisidə idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatı keçiriləcək.
Ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Elmar Alıyev idmançılarımızın çempionata hazırlığı ilə bağlı fikirlərini
AZƏRTAC-ın müxbiri ilə bölüşüb. O deyib: “Biz bu çempionata ciddi hazırlaşmışıq. Məşqçilərimiz və idmançılarımız Tbilisiyə çox yüksək əhval-ruhiyyə ilə gəliblər. Məqsədimiz Vətənə medallarla qayıtmaqdır. İnanıram ki, məqsədimizə çatacağıq və Azərbaycanın idman şərəfini yüksək səviyyədə qoruyacağıq”.
Qeyd edək ki, Elmar Alıyev bu çempionatda 56 kiloqram çəki dərəcəsində çıxış edən idmançılar arasında qüvvə və bacarığını nümayiş etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi