Digər
Mənzildə halsız vəziyyətdə aşkarlanmış Bakı sakini xilas edilib
[ 04 Aprel 2015 22:20 ]
Bakı – APA. Bakının Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirib, halsız vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:16-da başa çatıb.