Dünya

Menni Pakyao Floyd Meyuezerlə döyüşünə ukraynalı boksçu Viktor Postolu dəvət edib

Metbuat.az

Kiyev, 12 aprel,

AZƏRTAC

WBC reytinqində birinci ortaçəkili boksçular arasında ilk sırada yer alan, çempion tituluna iddia edən ukraynalı Viktor Postol (27-0, 11KO) aprelin 11-dən 12-nə keçən gecə ABŞ-da xüsusi çətinlik çəkmədən amerikalı Ceyk Quiriseoya (17-3-1, 4KO) qalib gələrək, reytinq döyüşündə onu üstələyib.


Ukraynalı boksçu Las Veqasda Floyd Meyuezer və Menni Pakyao arasında keçiriləcək döyüşə dəvət olunması ilə sosial şəbəkələrdə öyünüb. O yazıb: “Dostum və məşqçi-tərəfdaşım Menni Pakyaodan şəxsən dəvətnamə almışam. Freddi Rouç (filippinlinin məşqçisi -

AZƏRTAC

) da dəvət etməlidir. Görünür ki, o, hələ Pakmenin hazırlığı ilə məşğuldur”.


Xatırladaq ki, Menni Pakyao və Floyd Meyuezer adasında qarşılaşma mayın 2-də olacaq.



Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev