Ölkə

Məmmədbağır Əliyevə prezidentin fəxri diplomu verilib

Metbuat.az

[ 08 Aprel 2015 18:43 ]



Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, fəxri diplom M. Əliyevə Azərbaycan üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə verilib.