Ölkə

Məktəblilər yaşıllaşdırma aksiyasında iştirak ediblər

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Bakı Modern məktəbində yaşıllaşdırma aksiyası keçirilib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, aksiyanın məqsədi məktəbdə yaşıllıq sahəsinin genişləndirilməsi, eyni zamanda, şagirdlərə bitkilərin qorunması və artırılması barədə ekoloji bilik və bacarıqların aşılanmasıdır.


Aksiyada məktəbin VI-IX sinif şagirdləri RETTM-in təcrübə sahəsində yetişdirilən 30-dan artıq ağac və kol tinginin məktəbyanı sahədə əkilməsində fəal iştirak ediblər. Məktəblilərə Azərbaycanın meşə florasına aid olan dəmirağacı, palıd, vələs, cökə, ağcaqayın və digər ağacların əsas bioekoloji xüsusiyyətləri və onlara qulluq qaydaları barədə ətraflı məlumat verilib.


İştirakçılara Azərbaycanın biomüxtəlifliyinə aid təqvimlər və “Meşənin həyatı” adlı plakatlar təqdim olunub.