Ölkə

Məktəbdə “Nağıllar dünyası” mövzusunda rəsm sərgisi

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Bakının Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmrinin icrası ilə əlaqədar “Nağıllar dünyası” mövzusunda rəsm sərgisi keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən

AZƏRTAC

-a bildiriblər ki, sərgi kiçikyaşlı şagirdlərdə mütaliəyə həvəs yaratmaq məqsədilə onların Azərbaycan nağıl qəhrəmanlarının təsvir etdikləri illüstrasiya və şəkillərdən ibarət olub. Sərgidə, həmçinin şagirdlərin hazırladıqları nağıl personajlarının maketləri də nümayiş etdirilib.


Tədbirdə şagirdlərə “Ən yaxşı nağıl qəhrəmanının maketi” və “Ən yaxşı rəsm əsəri” nominasiyaları üzrə diplomlar verilib.