Məhşur aktrisamıza qarşı CİNAYƏT
Azərbaycanın tanınmış aktrisası cinayət məruz qalıb
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist
Nübar Novruzovagözləmədiyi halda cinayətkara şikar olub. Onun bankdan götürdüyü külli miqdarda pul cəmi bir saat cibində qalıb.
Aktrisa Milli.Az-a bildirib ki, martın 19-da Beynəlxalq Bankdan həkiminə və qızının kursuna ödəmək üçün 2000 min manat kredit götürüb. Elə bankdan birbaşa qızını məktəbdən götürməyə gedib. Nəsimi rayonu ərazisində, “Kubinka”da yolüstü mağzaya girib, oradan bəzi şeylər alıb. Sonra isə xəstəxanaya yollanıb. Orada isə cibindəki pul kisəsinin çıxarıldığını görüb. Məsələ ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edib. Artıq bir aya yaxın vaxt keçməsinə başmayaraq heç bir səs-soraq yoxdur.
Nəsimi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsindən Milli.Az-a bildirildi ki, N.Novruzovanın işi ilə bağlı cinayət işi başlanıb və istintaqa göndərilib.
Anar Məmmədov
Milli.Az