Ölkə

Məhkəmə Yadigar Sadıqovun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi barədə ərizəsini təmin etməyib

Metbuat.az

[ 21 Aprel 2015 19:16 ]



Bakı – APA. 14 saylı Cəzaçəkmə Müəssisəsində Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovun məhkəməsi keçirilib.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, məhkəmə Y. Sadıqovun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi baradə ərizəsini təmin etməyib.

Qeyd edək ki, Y. Sadıqov 2013-cü il iyunun 27-də tutulub. O, xuliqanlıqda ittiham olunur.

 Y. Sadıqov Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib.