Mədəniyyət

"Məhəbbət üçbucağı" komediyası nümayiş ediləcək

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Məhəbbət üçbucağı" adlı fransız komediyası nümayiş etdiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrı yayıb.


Mayın 6-da teatrın səhnəsində nümayiş etdiriləcək tamaşaya 18 yaşından aşağı olan tamaşaçılar buraxılmayacaq. 


Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrının baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəs

sam

ı Olqa Abbasova , musiqi tərtibatçısı, əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya Raul Turkkana məxsusdur.


Komediyada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edir.