Digər
Məcburi köçkünlərin binası uçdu
Mingəçevirdə 14 məcburi köçkün ailəsinin məskunlaşdığı binada uçqun olub
Milli.Az
Ötən gecə “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin keçmiş inzibati binasının divarının və çardaq hissəsisnin bir hissəsi uçub. Binada məskunlaşan 14 məcburi köçkün ailəsinin bildirdiyinə görə, hadisə gecə saat 2-dən sonra baş verib. Uçqun zamanı xəsarət alan olmayıb. Qaçqın və Məcburi Köçkünlərlə İş Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə aparıcı məsləhətçisi
Hüseyn Yusifovun bildirdiyinə görə, məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, 1941-ci ildə çiy kərpicdən tikilən və qəzalı vəziyyətdə olan bina istismar müddətini 1994-cü ildə başa vurub.
Milli.Az