Ölkə
Maskalı şəxslər evə hücum etdi – AZƏRBAYCANDA
Gəncədə və Goranboyda soyğunçuluq hadisəsi baş verib. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini İlkin Quliyevə qarşı soyğunçuluq edilib. Afət Quluzadə adlı şəxs onu bıçaqla hədələyərək pul və mobil telefonunu alıb. Afət Quluzadənin saxlanılması istiqamətində tədbirlər görülür.
Oxşar hadisə Goranboyun Nadirkənd kəndində də qeydə alınıb. Oqtay Məmmədova məxsus mənzilə daxil olan naməlum maskalı şəxslər 1400 manat pul və qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.