Digər
Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb
[ 09 Aprel 2015 21:22 ]
Bakı. Fərahim Qasımov - APA. Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.
APA-nın məlumatına görə, fərdi yaşayış evində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar əlavə məlumat veriləcək.