Mart ayında Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə daxil olan 183 müraciət qeydə alınıb
Bakı, 8 aprel,
AZƏRTACCari ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə daxil olan müxtəlif məzmunlu 183 müraciət qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilib, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.
Müraciətlər əsasən kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən vətəndaşların qəbulunda iştirak etmək, yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər üzrə elektron qeydiyyatın mexanizmi, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı olub.