Digər

Marşrutda oğurluq edən şəxs yaxalanıb

Metbuat.az

Noyabrın 16-da saat 22:30 radələrində Bakının Nəsimi rayonunda marşrut avtobusdan oğurluq edən şəxs həbs olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Anar Adıgözəl oğlu Məmmədovun idarə etdiyi 127 saylı marşrut avtobusdan 40 manat pulunu götürüb qaçarkən əvvəllər məhkum olunan, 1963-cü il təvəllüdlü Çingiz Firudin oğlu Feyzullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şəhriyar ƏLİZADƏ