İdman
Maradona: "Van Qaal şeytana bənzəyir"
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona "Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal haqda sərt fikirlər səsləndirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, təcrübəli mütəxəssisi şeytana bənzədib: "Van Qaal yaxşı insan deyil. O, şeytana bənzəyir".
D.Maradona van Qaalın "MY"nın futbolçusu Radamel Falkaonu U-21 komandasına göndərməsi ilə bağlı qərarını da tənqid edib: "Falkao zədə problemləri ilə üzləşdi. Fransadan sonra İngiltərədə oynamaq onun üçün çətin idi. Buna görə də onun İngiltərə Premyer Liqasında uyğunlaşması üçün zamana ehtiyacı var".
Milli.Az
Milli.Az