İdman
“Mançester Yunayted”də üzlər gülür: Ulduz futbolçu məşqlərə başlayıb
"Mançester Yunayted"in forvardı Robin van Persi 21 fevralda “Suonsi” ilə oynanılan görüşdə sıradan çıxmışdı.
Metbuat.az-ın xəbərinə görə, hollandiyalı futbolçu artıq zədəsini sağaldıb. O, komanda ilə birgə məşqlərə başlayıb.
RVP şəxsi “Twitter” hesabında bunları yazıb:
“Bu gün komanda ilə birgə çalışmalara başlamışam. Əla məşq idi. Yenidən oynaya biləcəyimə görə sevinirəm. Növbəti görüşü gözləyə bilmirəm. Çox səbrssizəm”.