Ölkə
“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilib
Bakı. 10 aprel. REPORT.AZ/ Baş nazir
Artur Rasi-zadə“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. “Report” xəbər verir ki, qərara əsasən, qayda sənədinin 13.2-ci bəndinin birinci cümləsi çıxarılıb.
Bu qərar qəbul olunana qədər daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilirdir.