Dünya

Malidə BMT missiyasının 2 əməkdaşı qətlə yetirilib

Metbuat.az

[ 18 Aprel 2015 20:57 ]



Bakı-APA. Malidə naməlum şəxslər BMT missiyasının əməkdaşlarına hücum edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Frar agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində sülhməramlı missiyanın 2 üzvü həlak olub.

Qeyd edək ki, aprelin 15-də BMT-nin bazasında törədilmiş partlayış nəticəsində 3 nəfər ölüb, daha 9 sülhməramlı yaralanıb.