Dünya

Malidə BMT konvoyuna hücum olub, ölən var

Metbuat.az

[ 21 Aprel 2015 06:17 ]



Bakı-APA. Malidə naməlum silahlıların BMT konvoyuna hücumu nəticəsində 1 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qao şəhərindən 30 km aralıda baş verib.

“Hücum nəticəsində sürücülərin biri öldürülüb, onun maşını isə yandırılıb”, BMT-nin məlumatında deyilir.

Qeyd edək ki, aprelin 17-də Malinin şimalında BMT konvoyu hücuma məruz qalmışdı, 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı.