Dünya
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur
Malayziyada məbədə düşən ildırım iki nəfərin ölümünə səbəb olub
Kuala-Lumpur, 11 aprel,
AZƏRTACMalayziyanın şimal-şərqində yerləşən Pinanq adasındakı Batu Kavan şəhərində induist məbədinə düşən ildırım iki nəfərin ölümünə, dördünün isə ciddi zədə almasına səbəb olub.
Bu barədə aprelin 11-də “New Straits Times” qəzeti məlumat yayıb.
Polisin məlumatına görə, yerli zavodlardan birinin işçiləri təmir işləri aparılan məbəddə leysan yağışdan qorunmaq istəyiblər. Lakin məbədə düşən ildırım nəticəsində iki nəfər yerindəcə həlak olub. Digər zərərçəkənlər xəstəxanaya yerləşdirilsə də, onlardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.
Pinanq adasında bu günlərdə güclü küləyin müşayiət etdiyi leysan yağışlar qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur