Dünya
AZƏRTAC
Malayziyada helikopter qəzası zamanı Baş nazirin köməkçisi və keçmiş nazir həlak olub
Bakı, 4 aprel,
AZƏRTACAprelin 4-də Malayziyanın qərbində baş verən helikopter qəzası zamanı altı nəfər həlak olub. Həlak olanlar arasında Baş nazirin köməkçisi Azlin Alias, həmçinin keçmiş elm, texnologiya və innovasiya naziri (2004-2008), parlamentin deputatı Camaluddin Cərcisin də olduğu bildirilir.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda hadisə zamanı şəxsi helikopterdə olan altı nəfərdən beşinin cəsədinin tapıldığını deyən Malayziya Daxili İşlər Nazirliyinin başçısı Əhməd Zahid Hamidi həlak olanların hamısının şəxsiyyətinin müəyyənləşdirildiyini qeyd edib.
Bir qədər əvvəl helikopterin Selanqor əyalətində yerləşən Kadcanq şəhəri yaxınlığında qəzaya uğradığı bildirilirdi. Qəzanın səbəblər hələ ki, məlum deyil.