Ölkə

Lukaşenko Azərbaycanın baş nazirini “Xalqlar Dostluğu” ordeni ilə təltif edib

Metbuat.az

[ 08 Aprel 2015 10:08 ]


Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Rasizadəni “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu barədə aprelin 7-də sərəncam imzalayıb.

A. Rasizadə iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına, möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif olunub.