Dünya

Londonun mərkəzində güclü yağın, 2 min insan təxliyyə edildi (VİDEO)

Metbuat.az

Londonun mərkəzində güclü yanğın baş verib. ANS PRESS-in məlumatına görə, yanğın səbəbindən ərazidən 2 mindən çox insan təxliyə edilib.



Britaniya paytaxtının xilas etmə xidmətlərinə istinadən verilən məlumatda yanğının Londonun Mülki Aviasiya İdarəsinin binasında baş verdiyi qeyd olunur.



Hazırda Londonun bir neçə mərkəzi küçəsi sıx tüstüyə bürünüb.



Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb və 40-a yaxın yanğınsöndürən maşınlar yanğının qarşısını almağa çalışır.



Yanğının baş vermə səbəbi hələlik məlum deyil.



Mənbə
ANS PRESS