İdman

​"Liverpul" İngiltərə Kubokunun yarımfinalına çıxıb

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ "Liverpul" İngiltərə Kubokunun 1/4 final mərhələsində "Bləkbörn Rovers" üzərində qələbə qazanaraq turnirin yarımfinalına çıxıb.


"Report" xəbər verir ki, görüş "mersisaydlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İngiltərə Kuboku. 1/4 final

"Bləkbörn Rovers" — "Liverpul" - 0:1


Qol: Koutinyo, 70 (0:1).


Brendan Rocersin yetirmələri 1/2 finalda "Aston Villa" ilə qarşılaşacaq. Matç aprelin 19-də keçiriləcək. Digər yarımfinal oyununda "Arsenal" və "Redinq" üz-üzə gələcək.