Dünya
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Litvada NATO-nun dörd üzv ölkəsinin iştirakı ilə təlimlər başlayır
Vilnüs, 13 aprel,
AZƏRTACLitvada ilk dəfə olaraq Litva, ABŞ, Polşa və Portuqaliyanın 450 hərbçisinin iştirakı ilə “Atəş ildırımı” hərbi təlimləri başlayır.
Təlimlərə Amerikanın atəş uzaqlığı 30 kilometr olan Paladin artilleriya sistemləri gətirilib.
Klaypeda rayonundakı general Povilas Plyaxaviçyus və Pabradda yerləşən general Silvestras Jukauskas adına poliqonlarda keçiriləcək təlimlər aprelin 24-də başa çatacaq. Təlimlər zamanı artilleriya vahidləri sahil mühafizəsini həyata keçirəcək və dənizdəki hədəfləri vuracaq, minaatan taqımlar isə atəş dəstəyini təmin edəcək.
Litva Silahlı Qüvvələrinin quru qoşunlarının “Atəş ildırımı” təlimləri artıq üçüncü dəfədir ki, bu ölkədə təşkil olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa