Dünya
ANS PRESS
Leysan yağışlarına görə fövqəladə vəziyyət
Arası kəsilməyən leysan yağışları və sellər nəticəsində ABŞ-ın Kentuki ştatında fövqəladə vəziyyət elan olunub.
ANS PRESS-in məlumatına görə, fövqəladə vəziyyəti ştatın qubernatoru Stiv Bəşir elan edib.
Güclü yağış və qasırğalı külək səbəbindən artıq iki qadının həyatını dəyişib. Onlardan biri öz maşınında su altında qalaraq, digəri isə düşərgədə istirahət edərkən leysanın qurbanlarına çevriliblər.
“Fövqəladə vəziyyət elan etməklə, milli qvardiya ordusu ilə biz lazım olan istənilən hər hansı bir dövlət dəstəyini, ləngitmədən göstərə bilərik”- deyə ştatın qubernatoru bildirib.
MənbəANS PRESS