Digər

Leyla Əliyeva Qusmanın təqdimatında (FOTO)

Metbuat.az

Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti... və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib.



Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəxlaq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə siyasətçilər, deputatlar iştirak ediblər.



Mərasimdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç çıxış ediblər.



"Formula vlasti" kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində yazıb. Üçüncü cilddə Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kralı II Marqret və digər dövlət başçıları ilə müsahibələr dərc olunub.



















Fotolar APA-ya məxsusdur.


Mənbə
ANS PRESS