Dünya
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Laynerin qəzaya uğradığı yerdə xilasetmə işləri davam edir
Berlin, 4 aprel,
AZƏRTACAvropada pasxa bayramlarının başlanmasına baxmayaraq, Fransada Germanwings şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə xilasetmə işləri davam edir. Almaniyanın dpa agentliyinin bu gün verdiyi məlumata görə, Fransa mülki aviasiya təhlükəsizliyinin tədqiqat və təhlil idarəsinin (BEA France) ekspertləri təyyarə bortundakı özüyazan ikinci qurğuda saxlanılan məlumatların təhlili üzrə işləri davam etdirirlər.
Pasxa bayramlarından dərhal sonra qəza qurbanlarının hadisə yerində toplanmış DNT nümunələri həmin şəxslərin qohumları tərəfindən təqdim edilmiş materialla tutuşdurulacaqdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin